SON XƏBƏRLƏR

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.

Tələblər:

  • Cəlilabad sakini olmalıdır;
  • Müvafiq sahə üzrə ali təhsili (humanitar, sosial elmlər, idarəetmə və s.) olmalıdır;
  • Təhsil sahəsində minimum 1 illik iş təcrübəsi olmalıdır;
  • “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; ali məktəb pedaqogikasını və psixologiyasını; tədrisin təşkili qaydalarını; tədris planları və proqramlarla işləməyi; tələbələrlə davranış qaydalarını; tələbələrlə işin psixoloji xüsusiyyətlərini bilməlidir;
  • Tədris planları və sillabusların hazırlanması ilə bağlı bilik və bacarıqlara malik olmalıdır;
  • Təşkilatçılıq, koordinasiya, tələbələrlə ünsiyyət qurmaq bacarığı olmalıdır;
  • “Microsoft Office” proqramlarından istifadə bacarığı olmalıdır;
  • Xarici dil biliyi olması üstünlükdür.

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00. Son müraciət tarixi: 25 noyabr.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected]  elektron ünvanına mövzu yerinə “akademik məsləhətçi (tyutor)” qeyd etməklə göndərə bilərlər.

Yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaq.