SON XƏBƏRLƏR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.

Çempionata gənclərdən ibarət 8 komanda (Mədəniyyət nümayəndəliyi, Dövlət Peşə Təhsil Mərkəzi və ADPU Cəlilabad filialının TGT) iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışda:

  • I yerə “Trust” komandası;
  • II yerə “Öndər” komandası;
  • III yerə isə ”Uğur” komandası layiq görülüb.

Qaliblər diplom və kubokla mükafatlandırılıblar.

Qeyd edək ki, oyun rayon Gənclər və İdman idarəsi və Masallı Regional Mədəniyyət idarəsi Cəlilabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.