SON XƏBƏRLƏR

Cəlilabadda “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. Bu haqda bu gün, 3 fevral tarixində Cenublu.az Cəlilabad rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

“Gənclər həftəsi” çərçivəsində baş tutan turnirdən öncə iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov çıxış edərək, 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq rayonumuzda silsilə tədbirlər həyata keçirildiyini vurğulayıb və yarışmada iştirak edən komandalara uğurlar arzulayıb.

İntellektual oyunda müxtəlif vaxtlarda rayon birinciliklərinin qalibi olmuş 4 komanda mübarizə aparıb və nəticədə keçirilən yarışın final mərhələsində ADPU Cəlilabad fılialının tələbələrindən ibarət “Desant” komandası I yerə, Cəlilabad rayonunun gənc müəllimlərindən ibarət “Dəmir Yumruq” komandası II yerə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrindən ibarət “Zəfər Yolu” komandası isə III yerə layiq görülüblər.

Sonda qalib komandalar Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.