Tələbə Gənclər Təşkilatının dəstəyi ilə gənclər üçün maarifləndirici tədbir keçiriləcək. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az ADPU Cəlilabad filialı TGT-yə istinadən xəbər verir.
ON1000 proqramı çərçivəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ADPU Cəlilabad filialının baş müəllimi, təlimçi Dürdanə Əliyevanın “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı təlimi keçiriləcək.
Görüş 15 dekabr saat 11:30-da baş tutacaq.