SON XƏBƏRLƏR

Magistral qaz kəmərində aparılan təmir işləri səbəbindən qaz təchizatında fasilələr yaranacaq. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

“Astara-Qazıməmməd” qaz kəmərinə quraşdırılacaq yeni boru səbəbindən 13- 15 dekabr Günəşli qaz paylayıcı stansiyasından (QPS) qidalanan 24 yaşayış məntəqəsinin, 16 dekabr tarixində isə Göytəpə və Cəlilabad qazpaylayıcı stansiyalarından qidalanan 26 yaşayış məntəqəsinin mavi yanacaqla təchizatında fasilə yaranacaq.