SON XƏBƏRLƏR

Cəlilabad rayonu, Hacıcavad kənd sakini Adil Əmirov silah formasında musiqi alətləri hazırlayır. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, 84 yaşlı usta düzəltdiyi qeyri-adi milli musiqi alətləri ilə dünyaya sülh mesajı verdiyini bildirir: “Qırıcı təyyarə, avtomat, tapança, qumbara formasında kaman və tar milli musiqi alətləri düzəltmişəm. Bu alətləri düzəltməkdə məqsədim dünya dövlətlərini sülhə çağırmaqdır”.

Ömrünü musiqi alətləri düzəltməyə həsr edən usta bu alətlərdə ifa etməyi də bacarır.

84 yaşlı sənətkar yaratdığı qeyri-adi musiqi alətlərinin gələcəkdə muzeydə qorunub saxlanılmasını arzu edir.