SON XƏBƏRLƏR

27 noyabr saat 14:00-da “Sağlamlıq Universiteti” layihəsi çərçivəsində Ümumdünya Diabet Gününə həsr edilmiş onlayn seminar keçiriləcək. Bu haqda məlumatı bu gün, 25 noyabr tarixində “Regional İnkişaf” İctimai Birliyi verib.

Seminarda həkim-endokrinoloq, dietoloq, t.ü.f.d., İ.M.Seçenov adına BMDTU-nin endokrinologiya kafedrasının assistenti Marina Aronovna “Rasional qidalanma və sağlam həyat tərzi” (rus dilində) və həkim-endokrinoloq, t.ü.f.d., Bakı Sağlamlıq mərkəzinin həkimi Nərgiz Əliyeva “İnsulin rezistentlik və şəkərli diabet” mövzularında çıxışlar edəcəklər.

“ZOOM” platformasında təşkil edilən açıq seminara aşağıdakı link vasitəsilə qoşula bilərsiniz: ID: 237 158 2379

Qeyd edək ki, seminar İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı tərəfindən Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçiriləcək.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri