SON XƏBƏRLƏR

Azərbaycan Televiziyasında “Muğam” televiziya müsabiqəsi başlayır. Bu haqda məlumatı bu gün, 28 fevral tarixində Report verib.

Belə ki, müsabiqədə iştirak etmək istəyən Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvardan olan 8-30 yaşlı yeniyetmə və gənclər sənədlərini Lənkəran Regional Mədəniyyət İdarəsinə təqdim edə bilərlər.

Sənədlər 28 fevraldan 28 marta kimi qəbul olunacaq. 13-16 yaşlı oğlanlar müsabiqəyə buraxılmayacaqlar.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.