Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzi olaraq cənub bölgəsinə səfərlərə başlayır. Bu haqda məlumat bu gün, 15 noyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, Astara və Lənkəranda həyata keçiriləcək təlim sessiyalarında iştirak edənlər:
- Erasmus+ imkanları barədə məlumat əldə edə;
- Xaricdə könüllülük imkanları, Avropa Həmrəylik Korpusu barədə öyrənə;
- Xarici ölkələrdə layihə, təlim, seminarları axtarmaq üsulları ilə tanış ola;
- Layihələrə birbaşa müraciət üçün saytlar və digər faydalı məlumatlar qazana bilərlər.
İnfo-sessiyalar 20 noyabr Astara və Lənkəran şəhərlərində baş tutacaq.
Qeyd edək ki, Erasmus+Youth & European Solidarity Corps üzrə Azərbaycanda Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.