SON XƏBƏRLƏR

22 oktyabrdan etibarən “Beynəlxalq Könüllülər Günü”- nə həsr olunmuş “Birlik” İntellekt Liqası başlayır. Bu haqda məlumatı bu gün, 13 oktyabr tarixində GİKM Astara nümayəndəliyi paylaşıb.

“Nə? Harada? Nə zaman?” formatında baş tutacaq liqa 7 həftə davam edəcək. Yarışda iştirak etmək istəyənlər 14-29 yaş arası 5 gəncdən ibarət komanda toplayıb qeydiyyatdan keçməlidirlər.

Son müraciət tarixi: 20 oktyabr saat 23:59.

Qeydiyyat üçün link: shorturl.at/Q2479