Gənclərin İnkişaf və Karyera mərkəzi 14-29 yaşlı gənclər üçün “Zəfər gün”nə həsr edilmiş müsabiqə elan edib. Bu haqda məlumat GİKM rəsmi İnstagram səhifəsi verib.
Müsabiqəyə qoşulmaq uçün kamera və ya telefonla zəfər sevincini əks etdirən video çəkmək lazımdır. Videoçarxlar GİKM-in instagram hesabında yerləşdiriləcək və qalib izləyicilərin səsverməsi ilə seçiləcək.
Çəkilən videoların məzmunu:
- Rəsm, təsviri sənət, qum üzərində sənət, həmçinin, bu sahələrlə əlaqəli incəsənətin digər sahələri;
- Canlı ifa, musiqi alətlərində ifa, rəqs, həmçinin əlaqəli digər sahələr;
- Şeir, qiraət, ədəbiyyatla bağlı sənət növləri;
- İdman və bununla bağlı istedad nümayişi olan müxtəlif sahələr;
- Xüsusi istedad tələb edən digər sahələr;
- Zəfər sevincini əks etdirən hər hansı bir hadisədən bundan əvvəl çəkdiyin görüntü
Videonu çəkmə qaydaları:
- Video horizontal (eninə) formatda çəkilməlidir;
- Videoçarxda səs və iştirakçının görüntüsü aydın olmalıdır;
- Videoçarx maksimum 45 saniyə ola bilər;
- Videoçarxların məzmununda qeyri-etik ifadələr, dini, siyasi motivlərin olması yol verilməzdir;
- Videoçarxlar 10.11.2021-ci il tarixinə qədər [email protected] mail ünvanına göndərilməlidir.
16 noyabr tarixində müsabiqənin qalibi müəyyən olunacaq. Qalib Xiaomi Band 6 qazanacaq.