SON XƏBƏRLƏR

Lənkəran, Masallı və Astarada oxuyan şagirdlər dərzi peşəsinə yiyələnə bilərlər. Bu haqda məlumatı Peşə Təmayüllü siniflərin rəsmi Facebook səhifəsi verib.

Belə ki, Lənkəranda oxuyan şagirdlər Haftoni qəsəbə və A.Məhərrəmov adına 7№-li tam orta məktəblərinə müraciət edə bilərlər.

Masallı şagirdləri 4 saylı Digah tam orta məktəbinə, Astaradan olanlar isə şəhər 5 saylı və M.Abıyev adına Vaqo kənd tam orta məktəblərində dərziçilik üzrə təhsil ala bilərlər.