SON XƏBƏRLƏR

17 dekabr – 10 fevral tarixlərində “Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı Lənkəran, Biləsuvar, Masallı və Lerikdə “Fantastik dördlük” adlı 13-18 yaşlı məktəbli qızlar və onların valideynləri üçün təhsil proqramı layihəsi keçirəcək. Bu haqda məlumatı Edumap.az saytı verib.

Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə informasiya texnoloqiyaları, sahibkarlıq, marketinq, şəxsi inkişaf və karyera seçimi, xaricdə təhsil, vaxtın idarə olunması, gender bərabərliyi, psixologiya və hüquqi istiqamətdə canlı təlimlər təşkil ediləcək.

Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edəcək və onlayn formatda olacaq. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır. İkinci turda öz təqdimatları ilə çıxış edən məktəbli qızlardan ibarət komandalar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar: (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə).

Qeydiyyat üçün link: https://docs.google.com/…/1eqE9yh9DncnwroB…/edit

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər