SON XƏBƏRLƏR

Cənub regionunun məktəblərində maarifləndirici tədbirlər davam edir. Bu haqda məlumatı bu gün, 30 noyabr tarixində Cenublu.az məktəblərin rəsmi Facebook səhifələrinə istinadən verir.

Belə ki, Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin 5a sinfində “Mina təhlükəsizliyinin təmin olunmasında peşəkarlıq əsas şərtdir” mövzusunda şagirdlərə məlumat xarakterli dərs keçirilib.

Həmçinin, Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib. Narkomaniyanın törətdiyi fəsadlar haqqında şagirdlər məlumatlandırılıb.