SON XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. Bu haqda məlumat qurumun rəsmi saytında dərc edilib.

Şərtlər:

– Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

– Layihələr elm və ya dəstək sahələrindən birinə aid olmalıdır;

-Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

– Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

– Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

– Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

– Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.03.2022-ci il tarixindən başlanılması nəzərə alınmalıdır;

– Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20.000 (iyirmi min) manat həcmində nəzərdə tutulur. Sənədlər 15 noyabr saat 09:00-dan – 14 dekabr saat 18:00-dək elektron formada [email protected] qəbul olunacaq. Müsabiqə 16 dekabr – 10 fevral aralığında keçiriləcək.

Lazımi sənədləri linkdən yükləmək olar https://bit.ly/3oZx4HZ

Müsabiqənin nəticələri barədə məlumat 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Masallı Rayon İcra Hakimiyyəti
Sport

Masallıda minifutbol turnirinin açılış mərasimi keçirilib

Masallı rayon Sərçuvar kənd stadionunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında gənclər arasında minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən