SON XƏBƏRLƏR

Lənkəranda fəaliyyət göstərən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) cənub bölgəsində “Xoşbəxt ailələrdə vulqar ənənə riskləri” adlı layihənin icrasına başlayıb. Bu haqda məlumatı bu gün, 8 oktyabr tarixidə Azertac verib.

Layihə oktyabrın 1-dən 31 dekabradək davam edəcək. Həmçinin, layihə çərçivəsində 6-8 noyabr Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda nəzəri-praktik konfrans təşkil olunacaq. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcək.

Konfransda iştirak etmək istəyən gənclər MAGİYA-nın internet səhifəsində www.epsaya.az 24 oktyabradək elektron ərizə formasını doldurmalıdırlar.