SON XƏBƏRLƏR

Noyabr ayı üzrə “Sirlər Xəzinəsi” intellektual müsabiqəsi başlayıb. Bu haqda məlumatı Lənkəran Regional Mədəniyyət idarəsi verib.

22-26 noyabr tarixlərini əhatə edəcək müsabiqənin sualları hər gün GəncApp mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Suallara doğru cavab verən gənclər isə qoyulmuş qaydalara əsasən xallar toplayacaq.

Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. Doğru cavabı qeyd edən ilk 5 gənc:

1-ci doğru cavab – 10 xal

2-ci doğru cavab – 8 xal

3-cü doğru cavab – 6 xal

4-cü doğru cavab – 4 xal

5-ci doğru cavab – 2 xal

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir!

Müsabiqənin şərtləri:

– GəncApp mobil tətbiqini yükləməlisiniz;

– Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmalısınız;

– Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən GəncApp mobil tətbiqi üzərindən təşkil edilən müsabiqə il sonunadək davam edəcəkdir.