SON XƏBƏRLƏR

Bu gün Lənkəran Dövlət Dram Teatrının quruluşçu rəssamı Tərlan Ərəstun oğlu Sadıqovun doğum günüdür.

Tərlan Sadıqov 27 avqust 1975-ci ildə Lənkəran şəhərində anadan olub. 1991-ci ildə 4 saylı şəhər tam orta məktəbini bitirdikdən sonra Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna daxil olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ tətbiqi sənət fakültəsində təhsilini davam etdirib. 1998-2000-ci illərdə bu ali təhsil ocağının İncəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsini bitirib. 2001-ci ildə Lənkəran şəhər rəssamlıq məktəbində müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2001-2003-cü illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.

2007-ci ildən Lənkəran Dövlət Dram Teatrında rəssam, 2020-ci ilin sentyabrından isə quruluşçu rəssam kimi çalışır.