SON XƏBƏRLƏR

Bu gün, 14 yanvar tarixində Lənkəran Dövlət Dram Teatrının aktyoru və bədii quruluş hissə müdiri Emin Fərzullayevin doğum günüdür.

Emin Təyyar oğlu Fərzullayev 1983-cü ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. 1990–2000-ci illərdə kənd orta məktəbində təhsil alıb. 1999-cu ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. 2004–2007-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Yaradıcılıq kollektivinin rəhbəri fakültəsində təhsil alıb. Təhsilini başa vurduğu il yenidən teatra qayıdaraq bədii quruluş hissə müdiri, direktor müavini vəzifələrində işləyib.

O, 50-dən çox rol ifa edib. E.Fərzullayev, həmçinin “İyirmi il öncə” (Əsgər), “Qəzan mübarək, Paşam” (Yavər), “Təlatüm” (Mafiya başçısı) telefilmlərinə də çəkilib.