SON XƏBƏRLƏR

Bu gün, 21 aprel tarixində yunan-Roma güləşçisi, Dünya çempionatının bürünc medalçısı, əslən Masallıdan olan Arif Niftullayevin doğum günüdür.

Arif Niftullayev 1997-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub.

2008-ci ildən Suraxanı rayonunda “Neftçi” İdman Klubunda güləşlə məşğul olur. Arif Niftullayev karyerasının ən böyük uğuruna 2022-ci ilin 10-18 sentyabr tarixlərində Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atıb. O, Dünya Çempionatının bürünc medalına sahib olub və 97 kq çəki dərəcəsində medal qazanmış ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.

Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci ildə Dünya Çempionatının qalibi olub. O, Meksikada dünya çempionatının qalibi olaraq Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.