SON XƏBƏRLƏR

Bu gün, 19 noyabr tarixində Lənkəran Dövlət Universitetinin (LDU) İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, baş müəllim Ənvər Şahqubadbəylinin 60 illik yubileyidir. Bu haqda məlumatı LDU-in rəsmi Facebook səhifəsi verib.

Ənvər Şahqubadbəyli 19 noyabr 1961-ci ildə Biləsuvar rayonunda anadan olub. 1990-cı ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında saathesabı üzrə İnformatika müəllimi işləyib. 1994-cü ildən başlayaraq Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda LDU İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və İnformatika kafedrasının baş müəllimidir.