Məşhur türk müğənnisi Mahsun Kırmızıgülün Bakıda keçirdiyi konsert zamanı maraqlı anlar yaşanıb.
Belə ki, konsert zamanı bir nəfər ona çəkdiyi portretini təqdim edib. Lakin portreti çəkən şəxs fiziki məhdudiyyətli olduğunu bildirərək səhnəyə gələ bilməyəcəyini deyib. Bu zaman Kırmızıgül özü həmin şəxsə yaxınlaşıb. Onunla şəkil çəkdirdikdən sonra zalı gəzmək fikrinə düşən sənətçiyə mühafizəçilər yoldaşlıq etsələr də, Mahsun: “Mənə burada heç nə olmaz. Bilmirsiniz ki, mən özüm lənkəranlıyam?”, – deyə bildirib.
Qeyd edək ki, daha öncə də, 17 il əvvəl Bakıda verdiyi konsert zamanı Kırmızıgül Lənkərandan olduğunu söyləmişdi.