SON XƏBƏRLƏR

Lerik rayon İcra Hakimiyyətinin başçısı qlobal təqaüd proqramının yeganə qalibi olan lerikli qız ilə görüşüb. Bu haqda bu gün, 5 yanvar tarixində Cenublu.az Lerik RİH-yə istinadən xəbər verir.

Təqaüd proqramının qalibi Sevinc Nuriyeva Cənubi Koreyanın nüfuzlu ali məktəbinin tələbə adını qazanıb. Azərbaycandan yeganə qalib olan Sevinci təbrik edən icra başçısı ona universitetdə əla qiymətlərlə oxumasını, müstəqil Azərbaycanın adını, şərəfini həmişə uca tutmasını arzulayıb.

İcra baçısı təhsil sahəsində əldə etdiyi nailiyyətə görə Sevinc Nuriyevanı Təşəkkürnamə və hədiyyə ilə təltif edib.

Sevinc Nuriyeva göstərilən etimadı layiqincə doğruldacağını, təhsilini başa vurandan sonra Vətənə qayıdıb ixtisası üzrə işləyəcəyini bildirib.