SON XƏBƏRLƏR

“Bank Respublika” ASC Cenub bölgəsi üzrə yeni vakant yer elan edib. Lənkəran-Astara regionunda “Problemli kreditlərin yığımı üzrə mütəxəssis” axtarışında olan bank karyera və inkişaf perspektivləri təklif edir.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Borcların yığılması və problemli müştərilərlə iş üzrə 3 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan və rus dili əla;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. İsmarıcın mövzu bölməsində vəzifə adını “Cənub bölgəsinə (Lənkəran-Astara) problemli kreditlərin yığımı üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.

Müraciət etmək üçün son tarix 13 dekabrdır.