SON XƏBƏRLƏR

Lənkəran rayonunun Talışlı kənd sakini, mədəniyyət işçisi Eynulla Cəlalov bambukdan əl işləri hazırlayan yeganə azərbaycanlıdır. O, 10 ilə yaxındır ki, bu sənətlə məşğuldur.

Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimi olan cənub bölgəsinə tez uyğunlaşıb. Bambukun toxumu əkildikdən və ona 5 il müddətində qulluq göstərildikdən sonra o, cücərməyə başlayır və 6 həftə ərzində hündürlüyü 27 metrə çatır.

62 yaşlı Eynulla Cəlalovun həyətindəki emalatxanada bambukdan hazırladığı əşyalar arasında çarpayı, masa, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün isə səbir, dözüm və təbii ki, bacarıq lazımdır.

Eynulla Cəlalovun düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş olunub. O, bu işlərə görə Fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az