Lənkəranda tonqal kimi odlu-alovlu tədbir təşkil olunacaq. Bu haqda bu gün, 9 mart tarixində Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən xəbər verir.
Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə balacalar üçün “Ay uşaqlar, bahar gəlir” adlı əyləncə proqramı təşkil olunacaq. 21 mart tarixində baş tutacaq tədbirdə qonaqları Keçəl, Kosa və digər Novruz qəhrəmanları ilə pulsuz fotosessiya, hədiyyəli biletlər, əyləncəli şou-proqram və foyedə Novruz sərgisi gözləyir.
Tədbir üçün biletlər Lənkəran Dövlət Dram Teatrının kassasında satılır. Teatrın əlaqə nömrələri: (+994) 51 601 31 40; (025) 25 5 49 75; (025) 5 49 73.