Cənub zonasında yaşayanlar üçün ödənişsiz müayinə və müalicələr keçiriləcək.
Masallı rayonunda yerləşən Masmedical Centerdə Bakıdan təşrif buyurmuş endokrinoloq Dr. Elnur Məmmədov pasiyentləri qəbul edəcək.
4 dekabr tarixində baş tutacaq xidmətdən Lənkəran, Astara və digər rayonlardan sakinlər istifadə edə bilərlər.
Ödənişsiz müayinə və müalicə xidmətləri:
- Şəkərli diabet;
- Böyrəküstü vəzi xəstəlikləri;
- Hipofiz vəzi xəstəlikləri (şəkərsiz diabet, akromeqaliya ,İtsenko-Kuşinq xəstəliyi və s.);
- Qalxanabənzər vəzi xəstəlikləri;
- Maddələr mübadiləsi pozğunluqları;
- Piylənmə və artıq çəki problemi;
- Hipertoniya (yüksək qan təzyiqi)
- Uşaqlarda böyümə geriliyi, tiroid vəzi xəstəlikləri, şəkərli diabet və digər endokrinoloji xəstəliklər.
Klinika Masallı şəhəri, Qarabağ küçəsi 20 ünvanında yerləşir.
Ətraflı məlumat əldə etmək istəyənlər +994 50 882 00 33 və ya 025 215 49 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.