SON XƏBƏRLƏR

Lənkəranda sakinlər üçün “Səyyar qəbul otağı” keçiriləcək. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Azəriqaz İB-yə istinadən xəbər verir.

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüş təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq.

“Səyyar qəbul otağı” mayın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.