SON XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi “Söz” ədəbi məclisinin növbəti iclasını keçirəcək. Bu haqda məlumatı AYB Lənkəran bölməsinin rəsmi Facebook səhifəsi verib.

16 oktyabr saat 11:00-da baş tutacaq tədbir “Müstəqilliyimiz və ədəbiyyatımız” mövzusuna həsr olunacaq. Tədbir Dövlət Müstəqilliyimizin ildönümü ilə əlaqədar keçiriləcək. Bütün bölgə yazarları tədbirdə iştirak edə bilərlər.

AYB Lənkəran bölməsi Müzəffər Nəsirli küçəsində yerləşir.