SON XƏBƏRLƏR

Azərbaycanda ilk çay plantasiyası Astara rayonunun Kijəbə qəsəbəsində salınıb. Bu haqda məlumatı İctimai TV verib.

Ən məhşur filmlərimizdən olan “Ulduz” filminin müəyyən epizodları da məhz bu çay plantasiyasında lentə alınıb.

Həmin vaxt qəsəbə sakini Tofiq Ramazanovun ailəsi çay plantasiyasında işlədiyi üçün mütəmadi bura gəlirmiş. Tofiq dayı deyir ki, filmin bir çox səhnələrin necə çəkildiyinin canlı şahidi olub.

Filmdəki çay sahəsi ilə bağlı əksər epizodlarda yerli sakinlər də iştirak ediblər. Deyirlər ki, 30-cu illərdə salınan çay plantasiyası məhsuldarlığına görə bir çox ölkələrə səs salıb.

Hazırda da Kijəbə qəsəbəsindəki bir əsrə yaxın yaşı olan çay köllarından hər il yüksək məhsul əldə olunur. Yerli çay fabriklərində emal olunan məhsul daxili bazarlarla yanaşı xaricə də ixrac olunur.