SON XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Lənkəranda vakant yerlər elan edib. Bu haqda məlumat qurumun rəsmi saytında paylaşılıb.

Belə ki, “Vaqon baxıcısı təmirçisi” vaksiyası üzrə fəhlə axtarılır. Son müraciət tarixi 27 oktyabrdır.

Tələblər:

  • Orta təhsil;
  • Vaqon və konteynerlərin quruluşu üzrə biliklər;
  • Vaqonların və konteynerlərin təmiri və müayinəsi zamanı işlədilən alət və aparatlar, onlardan istifadə qaydaları üzrə biliklər;
  • Yüklərin xarakteristikaları üzrə biliklər;
  • Özüyeriyən maşınların və universal qurğuların quruluşu üzrə biliklər;
  • Vaqonların təmiri ilə bağlı vəzifə təlimatı üzrə biliklər;
  • Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Vaqonların təmirinin təmin edilməsi;
  • Vaqonlara texniki xidmətin yerinə yetirilməsi;
  • Vaqonların təhlükəsizliyinin təmin edilməsi;
  • Vaqonların təhlükəsiz hərəkətinin təmin edilməsi.

İş yerinin yerləşdiyi ünvana yaxın ərazidə yaşayan, dəmir yolunda çilingər və ya vaqon baxıcısı təmirçisi peşələrində işləmiş namizədlərə üstünlük verilir.

Müraciət üçün link: https://bit.ly/3FLXcPZ