“Azərbaycan Beynəlxalq Bankı” Lənkəranda “Rəqəmsal maarifləndirmə” təcrübəsi qazanmaq istəyənlər üçün yeni fürsətlər yaradır.
3 ay müddətində keçiriləcək “ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramına yaşı 18-dən 25-ə qədər (ali təhsil alan tələbələr və ali təhsilini bitirmiş məzunlar) olan namizədlər müraciət edə bilərlər.
Həmçinin, namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar:
- Çevik
- Təşəbbüskar
- Həvəsli
- İşgüzar
- Gülərüz
- Məsuliyyətli
- Ünsiyyətcil
Göstərilən tələblərə uyğun olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
İsmarıcın mövzü bolməsində “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Region adı)” qeyd olunmalıdır.