Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin fəal üzvləri “Zdorova Ukraina” Gənclər Hərəkatı təşkilatının keçirdiyi incəsənət sərgisində iştirak edəcəklər. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində qalereyanın rəsmi Facebook səhifəsi verib.
Belə ki, Azərbaycan və Ukrayna rəssam uşaqlarının iştirakı ilə keçirilən sərgi “Ukrayna-Azərbaycan uşaqların gözü ilə” mövzusunda baş tutacaq.