Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi, Massaçusets Texnologiya İnstitutunun (MİT) təqaüdçüsü Salman Hüseynovun iştirakı ilə “Təməl” proqramının növbəti buraxılışı yayımlanacaq. Bu haqda məlumatı AR Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsi verib.
Canlı yayım 29 mart saat 14:00-da Təhsil TV-də baş tutacaq.
Qeyd edək ki, verilişdə Salman Hüseynovla yanaşı UFAZ məzunu, MİT magistri Ləman Cəlilova və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov çıxış edəcəklər.