SON XƏBƏRLƏR

İstanbulda əslən Astaradan olan yazıçı, tərcüməçi, ədəbiyyat üzrə “Humay” mükafatı laureatı, ”London Ədəbi Mükafatı”nın nominantı Kamran Nəzirlinin “Gecə Yaman Uzundur” hekayələr toplusu işıq üzü görüb.

Hekayələri türk dilinə uyğunlaşdıran İstanbulda çıxan “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Türkiyədəki təmsilçisi, yazıçı İmdat Avşardır.

“Ketebe” Yayınevi nəşriyyatının buraxdığı “Gecə Yaman Uzundur” hekayələr toplusu Azərbaycan yazıçısının Türkiyədə çıxan sayca ikinci kitabıdır.

Kitabda yer alan hekayələr arasında yazıçının son illər qələmə aldığı “Qara nöqtə”, “Ölmək istəməyən adam”, “Mənim sevimli yaddaşım”, “Yarpaqlar töküləndə”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Şopenin sonatası”, “Ana, məni öldürmə” və s. novellaları da var. Kitab onlayn satışa da qoyulub.

Azərbaycan yazıçısının kitabı kütləvi tirajla nəşr edilib və türk dünyası oxucuları üçün nəzərdə tutulub.