Astaralı şagird Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “Pangea math world” beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 may tarixində verir.
Belə ki, rayonun Siyaku kəndindən olan, hazırda Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Amin Emin oğlu Fətəliyev 8-ci siniflər arasında qalib olub.