SON XƏBƏRLƏR

Astaralı Emil Tağıyev “Səs Azərbaycan” mahnı müsabiqəsində mərhələ adlamaqda davam edir.

Belə ki, Emil 3 dekabr saat 21:30-da “İctimai TV”-nin yayımladığı “Səs Azərbaycan” mahnı müsabiqəsininin qarşıdurma mərhələsində çıxış edib.

Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşovanın komandasında çıxış edən Emil rəqibi Cəlal İsayevlə birgə “Nağıllar” mahnısını ifa ediblər. Emilin çıxışı digər münsiflər heyəti tərifindən də bəyənilib. Qarşıdurmanın sonunda Brilliant Dadoşovanın seçimi astaralı Emil olub.

Qeyd edək ki, Emil Tağıyev müsabiqənin ilk mərhələsində Elza İbrahimovanın “Sən yadıma düşəndə” mahnısını böyük məharətlə ifa etmişdir.