SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi 11-17 oktyabr tarixlərinə olan həftəlik programını təqdim edib. Bu haqda məlumat mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Belə ki, “Vətənpərvərlik klubu” çərçivəsində Vətən müharibəsi qazisi Heydər Əkbərovla 11 oktyabr saat 15:00-da, tarix müəllimi Sevman Baxşıyevlə isə 12 oktyabr saat 15:00-da görüşlər baş tutacaq.

13 oktyabr 15:00-da “Start it” layihəsi çərçivəsində “Microsoft Excel” üzrə təlim keçiriləcək. 14 oktyabr 15:00-da isə “Eko klub” Ərçivan qəsəbəsindəki sitrus bağına ekskursiya təşkil edəcək.

15 oktyabr 15:00-da “Vətəni tanı” layihə çərçivəsində Astara kəndləri haqqında təqdimat baş tutacaq.

Ətraflı məlumat üçün Astara GİKM-nin İnstagram səhifəsinə (@astaragencleri) və  Facebook səhifəsinə (Astara Gəncləri) müraciət etmək olar.