“Nizami Gəncəvi İli” çərçivəsində “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı bu gün, 6 oktyabr tarixində Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsi verib.
Müsabiqə Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Qeydiyyat üçün son tarix – 10 oktyabr. İştirak etmək istəyənlər Astara Dövlət Rəsm Qalereyasına müraciət edə bilərlər.
Qeyd edək ki, qalereya Nizami küçəsi 22 ünvanında yerləşir.