SON XƏBƏRLƏR

“Biz səninləyik” layihəsi çərçivəsində Astarada gənclər üçün təlim keçiriləcək. Bu haqda məlumat bu gün, 13 yanvar tarixində Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

Təlim 15 yanvar saat 12:00-da Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin psixoloqu Leyla Hüseynova tərəfindən keçiriləcək. Layihə çərçivəsində Leyla xanım “Məişət zorakılığı”, “Zorakılıq hallarının aşkarlanması və qarşısının alınması”, “Ailədaxili münaqişələrin həlli yolları”, “Cinsi diskriminasiya” mövzuları haqda danışacaq.

Əgər sən də şəxsi inkişafın üçün önəmli addımlar atmaq istəyirsənsə, aşağıdakı linkdən qeydiyyatdan keçərək, təlimdə iştirak edə bilərsən:
https://forms.gle/4CJeWrthwPFXSFit6

Görüş Astara Heydər Əliyev Mərkəzində baş tutacaq.