SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Astara nümayəndəliyinin əməkdaşları və aktiv gəncləri Astarada əməkdar müəllimi ziyarət ediblər. Bu haqda məlumat nümayəndəliyin rəsmi Facebook səhifəsində paylaşılıb.

GİKM-nin yaratdığı “Bizdən sonra siz” layihə çərçivəsində gənclər Astaranın əməkdar müəllimi Heybət Hüseynovu ziyarət ediblər.

M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbinin əməkdar müəllimi olan Heybət Hüseynov 1952-ci ildə anadan olmuşdur.

Görüş zamanı Heybət müəllim gənclərə keçdiyi həyat yolundan, müəllimlik peşəsinin incəliyindən danışaraq öz dəyərli məsləhətlərini verib.