SON XƏBƏRLƏR

Astara GİKM-ın təşkilatçılığı ilə gənclər Van Qoqun əsərləri ilə tanış olacaq. Bu haqda məlumat Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gənc tədqiqatçılar” layihəsi çərçivəsində Xanım Nəzərova “Rəsm əsərlərinin yaranma tarixi” mövzusunda təqdimat edəcək. Daha sonra gənclər rəssam Vinsent Van Qoqun əsərlərinin nümayiş olunduğu “Van Qoq Muzeyi”nə onlayn səyahət edəcəklər.

Görüş 25 yanvar, saat 15:00-da baş tutacaq.

Astara GİKM-ın yaratdığı maarifləndirici və əyləncəli görüş üçün qeydiyyat linki: https://forms.gle/NJyYRW3KjbtKNrSW9