SON XƏBƏRLƏR

“Sım kitab köşkü”nün təşkilatçılığı ilə Astara rayonunun Sım kənd orta məktəbinin şagirdləri Turac Həmzəzadə, Dilşad Cahangirova və M.Ə.Sabir adına Astara şəhər 1 saylı orta məktəbin şagirdi Nuray Xəlilzadə Bakıda keçirilən I Uşaq Kitab festivalında iştirak ediblər. Bu haqda məlumatı Fəranə Fikrət öz şəxsi Facebook hesabında verib.

Həmçinin, festival çərçivəsində “Sım kitab köşkü”nün təsisçisi Fəranə Fikrət ucqar kəndlərdə kitab və mütaliəni təbliğ etdiyinə görə “Təşəkkürnamə” ilə təltif olunub.

Fəranə Fikrət Facebook
Fəranə Fikrət Facebook