SON XƏBƏRLƏR

Astaralı şagird respublika üzrə keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsində ilk 3-də qərarlaşıb. Bu haqda məlumatı bu gün, 23 noyabr tarixində Astara Rayon Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində paylaşıblar.

Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə icra edilən yarışmada Astara rayon Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin XI sinif şagirdi Əzizova Kəmalə Azad qızı da iştirak edib.

VIII- XI sinif şagirdləri arasında keçirilmiş müsabiqədə çıxış edən Əzizova Kəmalə 3-cü yerə layiq görülmüşdür.