SON XƏBƏRLƏR

Astarada “Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Zəfər Günü münasibətilə keçirilən görüş Heydər Əliyev Mərkəzində baş tutub. Həmçinin tədbir çərçivəsində “Zəfər borcu” adlı film nümayiş olunub.

Qeyd edək ki, toplantı “Yaşasın Azərbaycan” adlı tədbirlər planına əsasən, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.