SON XƏBƏRLƏR

Astara Gənclər İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı ilə həftə ərzində keçiriləcək fəaliyyət planı hazırlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Mərkəzin 21-26 dekabr tarixlərində icra edəcəyi fəaliyyətlər aşağıdakılardır:

21 dekabr saat 15:00-da “Təbiət klubu” çərçivəsində “21 dekabr Qış gündönümü” mövzusunda təqdimat baş tutacaq.

22 dekabr saat 15:00-da gənc tədqiqatçılarımız “Gender bərabərliyi nədir?” mövzusunda müzakirələr aparacaqlar.

23 dekabr saat 15:00-da yox deməyi bacarmayanlar üçün mərkəz tərəfindən “Müzakirə klubu” təşkil olunacaq.

24 dekabr tarixində gəncləri gün ərzində 2 tədbir gözləyir. Saat 14:00-da mərkəzdə “Dünyanın 7 möcüzəsi” haqda danışılacaq, saat 15:00-da isə “Vətənpərvərlik klubu” layihəsi çərçivəsində gənclərimiz “Prezident İlham Əliyevin Astaraya səfərləri” barəsində təqdimatlar izləyəcəklər.

Astara GİKM-in nümayəndəsi olmaq istəyənlər mərkəzin Facebook səhifəsinə müraciət edə bilərlər.