SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyi gənclər üçün maarifləndirici tədbir təşkil edəcək. Bu haqda məlumat bu gün, 15 mart tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Gənclər 18 mart saat 15:00-da “Veni vidi viki” layihəsi çərçivəsində görüşəcəklər. Onlar təlim zamanı aşağıdakı mövzulara toxunacaqlar:

  • Vikipediya platformasından istifadə qaydaları və qeydiyyat;
  • Məqalələrin hazırlanması və keçidlərin tətbiqi;
  • Vikipediyaya məlumatların yerləşdirilməsi.

Qeyd edək ki, görüş Astara Heydər Əliyev Mərkəzində baş tutacaq. Qeydiyyat üçün link: https://forms.gle/xvWufZ7ffRSLgNTK7