SON XƏBƏRLƏR

Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Hüseynova Gülsara və psixoloq Musayeva Könülün rəhbərliyi ilə “Tarixi irsimiz xalçalar” mövzusunda silsilə tədbirlər keçirilib. Bu haqda məlumatı bu gün, 25 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.

Şagirdlər Astara tarix və diyarşunaslıq muzeyində ekskursiyada olub, xalça sənətinin incəlikləri ilə tanış olublar. Daha sonra Kakalos Folklor evindən gətirilmiş tarixi xalçalar məktəbdə şagirdlərə nümayiş olunub, toxunma sənətinin sirləri haqqında şagirdlərə məlumat verilib.

Tədbir “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilib.

Qeyd edək ki, Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur.