SON XƏBƏRLƏR

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada festival baş tutacaq. Bu haqda bu gün, 3 may tarixində Cenublu.az Astara Pedaqoji Kollecinə istinadən xəbər verir.

20 may tarixində baş tutacaq tədbir Astara rayonu dənizkənarı park-bulvar kompleksində keçirilməsi nəzərdə tutulur.

Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və “Qafqazinfo”, “Təhsil” TV-nin media dəstəyi ilə baş tutacaq.

Festivalda elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, rayon icra hakimiyyəti başçıları, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir.

Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir.