SON XƏBƏRLƏR

Astara gənclərinə xarici universitetlərdə təqaüdlü təhsilə müraciət formaları izah ediləcək. Bu haqda məlumat Astara rayon Gənclərin İnkişafı və Karyer Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Təlim 20 dekabr saat 15:00-da “ABŞ məzunları İctimai Birliyi”nin üzvü, ingilis dili təlimçisi Aygün Dadaşovanın təqdimatında baş tutacaq. Aygün xanım “Təqaüdlü mübadilə proqramları”, “Motivasiya məktubunun yazılması” haqda məlumatlar verəcək.

Görüşdə iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat linkinə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/WcJ7pPdYvPK5AnEf9